Bu siyasətçi Almaniyada yenidən prezident seçiləcək

0:00
0:00

Almaniyanın xüsusi konstitusiya orqanı olan Federal Məclis hazırkı prezident Frank-Valter Ştaynmayeri ikinci müddətə seçmək üçün bazar günü toplanacaq. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, nümayəndələrin böyük əksəriyyətinə arxalana bilər.

Federal Məclis bir qayda olaraq, beş ildə bir dəfə - yalnız prezidenti seçmək üçün toplanır.

Bu konstitusiya orqanı Bundestaqın deputatlarından və federal əyalətlərin parlamentlərinin nümayəndələrindən ibarətdir. Bu dəfəki iclasda 1472 deputat iştirak edəcək.

Bundan əvvəl Ştaynmayerin namizədliyini artıq ən böyük siyasi qüvvələr - Almaniya Sosial Demokrat Partiyası, Xristian Demokrat və Xristian Sosial İttifaqları, Yaşıllar, Azad Demokrat Partiyası dəstəkləyib. Beləliklə, Ştaynmayer lazım olan 737 səslə 1223 səsə arxalana bilər.

Almaniya üçün Alternativ partiyası Maks Ottenin, Sol Partiyası Gerhard Trabertin, Azad Seçicilər Partiyası Stefani Gebauerin prezidentliyə namizədliyini irəli sürüb.

Yerli müşahidəçilərin fikrincə, onların qalib gəlmək şansları yoxdur.

BILD-in şənbə günü verdiyi məlumata görə, dekabr ayında hökumət başçısı vəzifəsindən istefa verən və siyasətdən gedən keçmiş kansler Angela Merkel də federal məclisin nümayəndəsi olacaq.

Ştaynmayer siyasi karyerasını sosial demokrat kimi başlayıb.

O, iki dəfə - 2005-2009 və 2013-2017-ci illərdə xarici işlər naziri vəzifəsində çalışıb. 2017-ci ildə dövlət başçısı postunda Yoahim Qauku əvəzləyib.

Prezidentlik dövründə AFR-də mövcud olan siyasi ənənəyə uyğun olaraq Ştaynmayer öz partiyasının sıralarını tərk edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Odessa yaxınlığında Qara dənizdə gəmi batdı - ANBAAN VİDEO

Odessa yaxınlığında Qara dənizdə gəmi batdı - ANBAAN VİDEO

Ukrayna kəşfiyyatı: “Ruslar Malidə döyüş meydanından qaçaraq müttəfiqlərini tək qoyublar” - FOTO

Ukrayna kəşfiyyatı: “Ruslar Malidə döyüş meydanından qaçaraq müttəfiqlərini tək qoyublar” - FOTO

Uolts: “Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir” - VİDEO

Uolts: “Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir” - VİDEO

Putin: “Gec-tez Ukrayna Stalinin hədiyyəsi olan qərb torpaqlarını itirəcək” - VİDEO

Putin: “Gec-tez Ukrayna Stalinin hədiyyəsi olan qərb torpaqlarını itirəcək” - VİDEO

Rusiya Ermənistandan süd məhsullarının idxalına qadağa qoydu

Rusiya Ermənistandan süd məhsullarının idxalına qadağa qoydu

“Soyuz MS-28” gəmisinin beynəlxalq ekipajı Yerə qayıtdı - FOTO

“Soyuz MS-28” gəmisinin beynəlxalq ekipajı Yerə qayıtdı - FOTO

Gürcüstanda avtobus aşdı, 14 nəfər xəsarət aldı

Gürcüstanda avtobus aşdı, 14 nəfər xəsarət aldı

Fırıldaqçılar abituriyentlərə universitetə qəbul və ödənişlə bağlı saxta məktublar göndərirlər

Fırıldaqçılar abituriyentlərə universitetə qəbul və ödənişlə bağlı saxta məktublar göndərirlər

Bakıda temperatur 3-4 dərəcə enəcək

Bakıda temperatur 3-4 dərəcə enəcək

Trampın köməkçisi sosial şəbəkələrdə lağa qoyuldu - VİDEO

Trampın köməkçisi sosial şəbəkələrdə lağa qoyuldu - VİDEO

Xerson vilayətinə kütləvi hücum: 2 ölü, 24 yaralı var

Xerson vilayətinə kütləvi hücum: 2 ölü, 24 yaralı var

Səbaildə torpaq sürüşməsinə görə bağlanan yolda təmir işləri niyə aparılmır? - VİDEO

Səbaildə torpaq sürüşməsinə görə bağlanan yolda təmir işləri niyə aparılmır? - VİDEO

Azərbaycanın gənc mühəndisləri Qarabağda öz layihələrini təqdim etdilər - FOTO

Azərbaycanın gənc mühəndisləri Qarabağda öz layihələrini təqdim etdilər - FOTO

Kai Trampın nənəsi İvana Trampa daha çox oxşarlığı hamını təəccübləndirdi - FOTO

Kai Trampın nənəsi İvana Trampa daha çox oxşarlığı hamını təəccübləndirdi - FOTO

FHN gözlənilən güclü küləklə bağlı əhaliyə müraciət etdi

FHN gözlənilən güclü küləklə bağlı əhaliyə müraciət etdi

CNN-in aparıcısı dövlət rəhbəri ilə münasibətdən niyə imtina edib?

CNN-in aparıcısı dövlət rəhbəri ilə münasibətdən niyə imtina edib?

Peskov: ABŞ-ın Ukrayna siyasətində ziddiyyətlər var

Peskov: ABŞ-ın Ukrayna siyasətində ziddiyyətlər var

Meteohəssas insanların diqqətinə!

Meteohəssas insanların diqqətinə!

“Zelenski tezliklə Trampın sevimli siyasətçisinə çevriləcək” - VİDEO

“Zelenski tezliklə Trampın sevimli siyasətçisinə çevriləcək” - VİDEO

ABŞ və İrana 10 günlük atəşkəs planı təqdim edilib

ABŞ və İrana 10 günlük atəşkəs planı təqdim edilib

“Qonaq getdiyim yerdə deyirlər ki, səndən kanalizasiya iyi gəlir” - VİDEO

“Qonaq getdiyim yerdə deyirlər ki, səndən kanalizasiya iyi gəlir” - VİDEO

Kremldən hava məkanında atəşkəslə bağlı təklifə REAKSİYA

Kremldən hava məkanında atəşkəslə bağlı təklifə REAKSİYA

Mərdəkan yolunda zəncirvari QƏZA - VİDEO

Mərdəkan yolunda zəncirvari QƏZA - VİDEO

İsrail mediası: “Tramp İrana hələlik son şansı verib”

İsrail mediası: “Tramp İrana hələlik son şansı verib”

End of content

No more pages to load

RADİO