İspaniya polisi Avropada ən çox axtarılan cinayətkarlardan birinin, Sloveniya vətəndaşının tutulduğunu açıqlayıb.
Bizim.Media “euronews.com” nəşrinə istinadən xəbər verir ki, onun həbsi üçün order Europol tərəfindən verilib.
Barselonadakı elit yaşayış komplekslərindən birində saxlanılan şəxsin adı hələ ki, açıqlanmır.
“El Mundo” qəzetinin yazdığına görə, o, İrandan qaçaqmalçılıq yolu ilə 300 kiloqramdan çox heroin gətirmək prosesində iştirak etdiyinə görə Sloveniyada axtarışa verilib.
Bizim.Media