Avqust ayında İngiltərədən Məkkəyə yola düşən və 6 aydır piyada gedən Adəm Muhammed 'Barış Səfəri' adlandırdığı gedişlə Afyonkarahisara çatıb.
Bizim.Media xəbər verir ki, İraq əsilli Britaniya vətəndaşı Adəm Məhəmməd 2021-ci ilin avqustunda İngiltərədən Məkkəyə piyada yola düşüb.
Məhəmməd Afyonkarahisarın Bolvadin rayonuna bağlı Kəmərqaya kəndində “Bütün pisliklərə qarşı çıxmaq” məqsədi ilə başladığı və adını “Barış səfəri” adlandırdığı gəzinti zamanı fasilə verib.
Kəmərqaya kəndi muxtarı Osman Ödəmiş Adəmə yemək və içki verib. O, özü ilə daşıdığı üçtəkərli maşınına ağ bayraq asaraq sülh üçün getdiyini bildirib:
“Hamımız qardaşıq, müsəlman olaraq sülh istəyirəm. Ona görə də Məkkəyə piyada çatacağam".
Mia Quliyeva, Bizim.Media