Yapon avtomobil markası “Honda” Kanada-ABŞ sərhədində nəqliyyatın kəsilməsi səbəbi ilə Kanadadakı zavodunda istehsalı dayandırdığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, şirkət vəziyyəti "qeyri-sabit" adlandırıb, lakin ABŞ-dakı avtomobil zavodlarının heç birində istehsalı azaltmaq planının olmadığını bildirib.
“Honda” istehsalın nə vaxt normallaşacağı ilə bağlı əlavə açıqlama verməyib.
Mia Quliyeva, Bizim.Media