"Twitter" sosial şəbəkəsinin işində problemlər yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə populyar internet resurslarının işini təqib edən “Downdetector” xidməti məlumat yayıb.
Şikayətlərin əksəriyyəti ABŞ, Yaponiya, Böyük Britaniya, Kanada, Sinqapur və Malayziyadan daxil olub.
Bu ölkələrdə "Twitter"in saytında və mobil tətbiqlərində server bağlantısı zamanı problemlər qeydə alınıb.
Bizim.Media