Bu barədə məlumat adıçəkilən ölkənin mətbuatına istinadla yayılıb.
Hələlik xəbərlə bağlı rəsmi məlumat daxil olmayıb. Satanın hansı xəstəlikdən müalicə edildiyi də qeyd edilmir.
Qeyd edək ki, M.Sata sentyabrın sonunda Nyu Yorkdakı xəstəxanalardan birinə yerləşdirilmişdi. O, BMT-nin Baş Assambleyasının iclasında çıxış etməli idi. Lakin o iclasa qatıla bilməyib.
Bu ilin iyun ayında isə o İsraildəki xəstəxanalardan birində müalicə alıb. Prezident bir ay orada müalicə edilib. Bəzi məlumatlara görə, Sata 2008-ci iləd infarkt keçirib. 2011-ci ildəki 6 həftəlik seçkiqabağı kampaniya da onun səhhətinə mənfi təsir etmişdi.
M.Sata 2011-ci ildə Zambiya prezidenti seçilib. Buna kimi isə o 2001, 2006 və 2008-ci illərdə prezidentlik postu uğrunda mübarizə aparıb.(anspress)