Böyük Britaniya kralının kiçik qardaşı şahzadə Andryu Epşteyn işi üzrə aparılan istintaq çərçivəsində saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə The Telegraph nəşri yazıb.
Məlumata görə, səhər saat 08:00-dan qısa müddət sonra Norfolkdakı Sandringham House iqamətgahına bir neçə patrul avtomobili gəlib.
Polis şahzadəni Böyük Britaniyanın ticarət nümayəndəsi olduğu dövrdə məxfi hesabatları ötürməkdə şübhəli bilir.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə açıqlama verilməyib.
İstintaq davam edir.
Bizim.Media