Moskvada metroda partlayış baş verib.
Bizim.Media xəbər verir ki, “112” Telegram kanalı Moskva metropoliteninin Bitsevskiy Park stansiyasında partlayışın görüntülərini yayıb.
Şahidlərin sözlərinə görə, hadisə nəticəsində sərnişinlər qonşu xətlərə keçməyə məcbur olublar.
“Novosti Moskvı” Telegram kanalı yazır ki, partlayışa səbəb qatarın cərəyanqəbuledicisinin və ya vaqonaltı avadanlığın nasazlığı ola bilər.
Xəsarət alanlar barədə məlumat yoxdur. Qatarların hərəkəti artıq bərpa edilib.
Bizim.Media