Rusiya ABŞ-yə məxsus silahların Ukraynaya ötürülməsi ehtimalı ilə bağlı ABŞ və Türkiyədən cavab gözləyir.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
"Rusiya Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı ABŞ və Türkiyədən izahat tələb edib. Biz hələ də Vaşinqton və Ankaradan cavab gözləyirik. Bu məsələnin Ukrayna böhranının nizamlanması istiqamətindəki dayanıqlı həll yollarının dinamikasına və perspektivlərinə aşkar təsirini nəzərə alaraq, həmin cavabı alacağımıza ümid edirik", – deyə diplomat dəqiqləşdirib.
Qeyd edək ki, avqustun 9-da ABŞ Dövlət Departamenti Ukraynaya silah sistemlərinin, o cümlədən "MLRS" reaktiv yaylım atəşi sistemləri və "ATACMS" ballistik raketlərinin ötürülməsi barədə ABŞ Konqresinə məlumat vermişdi.
Bizim.Media