Avropada müharibə HƏYƏCANI – NATO dağılsa, köhnə qitəni KİM QORUYACAQ?

ABŞ-ın NATO-nun digər ölkələrilə münasibətlərində müəyyən gərginliyin yaşanmasına rəğmən Ağ Ev alyansdan çıxmaq planının olmadığını bəyan edib. Dövlət katibi Marko Rubionun Münhen Təhlükəsizlik Konfransında verdiyi açıqlama belə düşünməyə əsas verir ki, ABŞ ən azından indiki mərhələdə təşkilatdan çıxmağı düşünmür.

Lakin Avropa ölkələri ABŞ-ın NATO-nu tərk edəcəyilə bağlı həyəcan təbili çalırlar. Bu isə köhnə qitədə narahatlığın yüksək səviyyədə olduğunu göstərir. Çünki Avropa həqiqətən də ABŞ-ın çətiri olmadan özünü müdafiə etməkdə acizdir.

Belə olan şəraitdə köhnə qitəni kim qoruyacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Avropanı özlərindən başqa kimsə qorumayacaq, kənardan kimsə bu öhdəliyi öz üzərinə götürməyəcək. Həmsöhbətimizin fikrincə, bunun üçün də Avropa təhdid ritorikasından əl çəkməli, öz problemlərinin qayğısına qalmaldıır:

“Köhnə qitə”nin qorunmasını elə burada yerləşən dövlətlərin özləri həll etməlidir. NATO-nun bütün yükü ABŞ-ın üzərində idi. Avropa məhz Vaşinqtonun çətiri altında özünü daha rahat hiss edirdi. Avropa enerji daşıyıcılarını isə Rusiyadan nisbətən ucuz qiymətə alırdı. İndi isə Amerika yaxasını kənara çəkir. Belədə, Avropa özbaşına qalır”.

Ekspert qeyd edir ki, bu prosesdə Avropa Rusiya amilini bilərəkdən şişirdir:

“Hətta müharibə anonsunu da verir ki, 2030-cu ilə qədər Rusiya ilə hərbi zəmində toqquşmalı olacaqlar. Hesablamalar göstərir ki, burada Avropanın, xüsusən də Londonun məqsədi Rusiyanın çökməsi planını gerçəkləşdirməkdir. Hazırda Qərblə Rusiya arasında müharibə Ukrayna meydanında gedir. Sadəcə, Trampın yenidən Ağ Evə qayıdışı ilə o öz ölkəsini bir qədər bu proseslərdən yayındırdı. Amma Avropa məkrli planlarından əl çəkmir. Onlar Ukraynanı çoxdan Rusiya ilə qarşıdurmaya hazırlayırdı”.

Politoloq düşünür ki, hazırda “köhnə qitə” meydanda tək qalması ilə təlatüm dövrünü yaşayır:

“Avropa müharibədən çəkinir, öz təhlükəsizlikləri barədə bu qədər düşünürlərsə, Rusiyanı təhdid etməkdən əl çəkməlidirlər. Əvvəl-axır Avropa öz bacarığını göstərməlidir. Öz problemlərini özləri sahmana salmalı, elə bir sistem yaratmalıdırlar ki, müharibə ehtimalı sıfıra ensin”.  

Rüfət Sultan, Bizim.Media  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çimərliyə gedənlər üçün PROQNOZ

Çimərliyə gedənlər üçün PROQNOZ

Salyanda ağır qəza: Ana öldü, əkiz oğulları yaralandı

Salyanda ağır qəza: Ana öldü, əkiz oğulları yaralandı

Kişiyə pis VƏRDİŞ, qadına AYIB - Siqaretə münasibət niyə cinsə görə dəyişir?

Kişiyə pis VƏRDİŞ, qadına AYIB - Siqaretə münasibət niyə cinsə görə dəyişir?

Bakıda məşhur pub-restoran 1,1 milyona SATIŞDA

Bakıda məşhur pub-restoran 1,1 milyona SATIŞDA

Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

Zaxarova: "ABŞ və Türkiyədən rəsmi cavab gözləyirik"

Zaxarova: "ABŞ və Türkiyədən rəsmi cavab gözləyirik"

Messi MLS-də diskvalifikasiya oluna bilər - VİDEO

Messi MLS-də diskvalifikasiya oluna bilər - VİDEO

“Universitetə qəbul oldun” deyib aldada bilərlər - Abituriyentlərə xəbərdarlıq

“Universitetə qəbul oldun” deyib aldada bilərlər - Abituriyentlərə xəbərdarlıq

İki qadın güləşçimiz dünya çempionatında finala yüksəldi

İki qadın güləşçimiz dünya çempionatında finala yüksəldi

Livan İran səfirini ölkədən ÇIXARIR

Livan İran səfirini ölkədən ÇIXARIR

Zaqatalada sığınacaqda DAVA: qadınlar "saçyoldu"ya çıxdı

Zaqatalada sığınacaqda DAVA: qadınlar "saçyoldu"ya çıxdı

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

Bu gün “Qarabağ”ın oyunu var

Bu gün “Qarabağ”ın oyunu var

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

End of content

No more pages to load

RADİO