Ukraynalı biznesmen Rusiyada araq satışından əldə etdiyi gəlirləri Ukrayna ordusuna köçürür...

"Onun sahibi olduğu populyar araq markaları əvvəlkitək Rusiya mağazalarının piştaxtalarına daxil olmaqda davam edir..."

"Sahibkar həm də Ukraynada xeyriyyə fondu yaradıb və Ukrayna Silahlı Qüvvələrinə dəstək verir..."

Ukraynalı sahibkar Yevgeni Çernyak Rusiya alkoqol bazarının fəal oyunçusu olmaqda davam edir və Rusiyada araq satışının 10 faizini təmin edir. Bütün bunları biznesmen səs-küylü açıq bəyanatlara rəğmən edir.

Moderator.az xəbər verir ki, bu barədə "Readovka" Telegram-kanalı məlumat verib. Məlumatı "eadaily.com" saytı yayıb.

O, bundan öncə özünün mətbuat xidməti vasitəsilə belə bir maraqlı reliz nəşr edib:

"İşğalçı ölkənin ərazisində, istehsal edildiyi yerdən asılı olmayaraq, "Global Spiritis" ticarət markası altında bundan sonra məhsulların satışı qanunsuzdur və ciddi surətdə təqib ediləcək".

Söhbət ötən ilin aprel ayında Çernyakın, guya, satdığı, lakin faktiki olaraq   əməkdaşı Aleksandr Bespalovun adına köçürdüyü "Rodnik K" və "Russkiy Sever" şirkətlərindən gedir.

Yəni ukraynalı faktiki olaraq Rusiyada populyar olan və yerli bazarın 10 faizini təşkil edən "Xortitsa", "Moroşa" və "Pervak" markalarının sahibkarı olaraq qalmaqdadır.

2022-ci ildə "xüsusi hərbi əməliyyat" başlananda Çernyak gözdən pərdə asmaq üçün Rusiyadakı şirkətlərinin lisenziyalarını ləğv edib və özünün brendlərini "ciddi təqiblə" təhdid edib. Lakin araq əvvəlkitək Rusiya mağazalarının piştaxtalarına daxil olur.

Eyni zamanda, Ukraynada sahibkar "HELP 3П ЮА" xeyriyyə fondu təşkil edib, bu fond dinc vətəndaşlar üçün nəzərdə tutulub, lakin sosial şəbəkələrdə dərc edilən fotoşəkillərdən göründüyü kimi, Ukrayna Silahlı Qüvvələrinə dəstək verir. Fond ukraynalı hərbçilərə avadanlıq, dərman preparatları və ərzaq alır və onları reabilitasiyaya göndərir.

Bundan öncə "EADaily" Rusiyada alkoqol satışının nəticələri barədə məlumat verib. 2022-ci ilin nəticələrinə görə, həm araq, həm də şampan şərablarının  satış həcmi artıb. Lakin sonuncunun artım templəri daha yüksək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BÜRCLƏRİN kişiləri aşiq olduqda necə davranırlar?

BÜRCLƏRİN kişiləri aşiq olduqda necə davranırlar?

“Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq…”

“Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq…”

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Bakının iki rayonunda qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

3 BÜRC üçün pul və uğur qapıları açılır

3 BÜRC üçün pul və uğur qapıları açılır

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Mahir Emreli yenə qol vurdu – VİDEO

Mahir Emreli yenə qol vurdu – VİDEO

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Elgiz yeni verilişinin tarixini açıqladı

Elgiz yeni verilişinin tarixini açıqladı

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Bakının bu rayonunda 15 bina söküləcək

Bakının bu rayonunda 15 bina söküləcək

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

End of content

No more pages to load

RADİO