Ukraynada nazir müavini olmuş şəxs amnistiyaya düşdü

"Oleq Bakinski" (Oleq Krapivin) ilə birgə ittiham olunan Ukraynanın müdafiə sənayesinin sabiq nazir müavini Konstantin Kuçerə Amnistiya aktı şamil olunub.

Bizim.Media xəbər verir ki, Ədliyyə Nazirliyi Probasiya Xidmətinin bununla bağlı təqdimatına Qaradağ Rayon Məhkəməsində baxılıb.

Hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Konstantin Kuçerin cəzası altı ay azaldılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Konstantin Kuçerə ittiham olunduğu 178.4-cü maddə üzrə bəraət verilib. İttiham olunduğu 221.3-cü maddə üzrə isə qəti olaraq 2 il 6 ay müddətinə həbs cəzası təyin edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Oleq Krapivin isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onunla bağlı Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib, altı ay sınaq müddəti seçilməklə cəzası şərti hesab olunub. Ona amnistiya aktı şamil olunub və Xətai Rayon Məhkəməsinin qərarı ilə şərti cəzadan azad edilib.
 

Qeyd edək ki, "Oleq Bakinski" 2024-cü ildə Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb. Barəsində ibtidai istintaqda seçilmiş həbs qətimkan tədbiri məhkəmənin gedişində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.


Cinayət işi üzrə "Oleq Bakinski" ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinib. Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham verilib.

Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Taksi sürücüsünü elə aldatdı ki... - Film kimi hadisə - VİDEO

Taksi sürücüsünü elə aldatdı ki... - Film kimi hadisə - VİDEO

Toylarından çox rəqsləri gündəm oldu – VİDEO

Toylarından çox rəqsləri gündəm oldu – VİDEO

BÜRCÜNÜZÜN hansı gizli gücü var?

BÜRCÜNÜZÜN hansı gizli gücü var?

Dünyanın ƏN BAHALI futbol klublarının yeni reytinqi açıqlandı

Dünyanın ƏN BAHALI futbol klublarının yeni reytinqi açıqlandı

"Azərişıq" paytaxt və Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ

"Azərişıq" paytaxt və Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ

Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi - VİDEO

Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi - VİDEO

Mahir Emreli “Rakuv”da növbəti qolunu vurdu

Mahir Emreli “Rakuv”da növbəti qolunu vurdu

Niyə isti havalarda aclıq hissi az olur?

Niyə isti havalarda aclıq hissi az olur?

Vuçiç növbədənkənar parlament seçkilərinin vaxtını açıqladı

Vuçiç növbədənkənar parlament seçkilərinin vaxtını açıqladı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...

Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...

"Qarabağ" Niderlandda "Tvente"ni məğlub etdi - VİDEO

"Qarabağ" Niderlandda "Tvente"ni məğlub etdi - VİDEO

Anomal istilər Fransanın nüvə reaktorlarını sıradan çıxardı

Anomal istilər Fransanın nüvə reaktorlarını sıradan çıxardı

Ruslar “Formula 1” üçün Azərbaycana AXIN EDƏCƏKLƏR

Ruslar “Formula 1” üçün Azərbaycana AXIN EDƏCƏKLƏR

Metroya görə universitetlər dərs qrafikini DƏYİŞƏCƏK?

Metroya görə universitetlər dərs qrafikini DƏYİŞƏCƏK?

Hər şeyi təkbaşına həll etməyə çalışan 4 BÜRC

Hər şeyi təkbaşına həll etməyə çalışan 4 BÜRC

Perunun cənubunda GÜCLÜ ZƏLZƏLƏ oldu

Perunun cənubunda GÜCLÜ ZƏLZƏLƏ oldu

Xarkovda azərbaycanlı rəssamın emalatxanası dronla vuruldu - FOTO

Xarkovda azərbaycanlı rəssamın emalatxanası dronla vuruldu - FOTO

Tövlədə mal-qaranı yemləyərkən həyatından oldu

Tövlədə mal-qaranı yemləyərkən həyatından oldu

Piratlar Türkiyə üçün silah daşıyan gəmini ƏLƏ KEÇİRDİ

Piratlar Türkiyə üçün silah daşıyan gəmini ƏLƏ KEÇİRDİ

Rasifin qətli ilə bağlı detallar açıqlandı - VİDEO

Rasifin qətli ilə bağlı detallar açıqlandı - VİDEO

İrandan xarici qüvvələrə xəbərdarlıq: "Regionu tərk edin!"

İrandan xarici qüvvələrə xəbərdarlıq: "Regionu tərk edin!"

ABŞ Qətərə 4,5 milyard dollarlıq tanker təyyarəsi satır

ABŞ Qətərə 4,5 milyard dollarlıq tanker təyyarəsi satır

Tiktoker “Bəniz” azadlığa çıxır? – Vəkilindən açıqlama

Tiktoker “Bəniz” azadlığa çıxır? – Vəkilindən açıqlama

End of content

No more pages to load

RADİO