KXDR rəhbəri Kim Çen In ölkədə təhlükəsizlik və mühafizə məsələlərinə cavabdeh olan dörd qurumun üçündə rəhbərliyi dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Cənubi Koreya Respublikasının Birləşmə Nazirliyi yayıb.
Dəyişikliklər aşağıdakı strukturlarda həyata keçirilib:
Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin Mühafizə Bölməsi;
Dövlət Şurasının Təhlükəsizlik İdarəsi;
Mühafizə Komandanlığı.
Kadr dəyişikliklərinin səbəbləri və dəqiq vaxtı açıqlanmır. 2024-cü ilin oktyabrında Milli Kəşfiyyat Xidməti məlumat vermişdi ki, Kim Çen Ina mümkün sui-qəsd təhlükəsi səbəbindən KXDR-də təhlükəsizlik tədbirlərinin səviyyəsi artırılıb.
Bizim.Media