Beynəlxalq təşkilatların İFLASI – Gücün hakim olduğu yeni dünya REALLIQLARI

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların BMT-nin 31 qurumu da daxil olmaqla, 66 beynəlxalq təşkilatda maliyyələşdirilməni və iştirakını dayandıran sənəd imzalayıb.

Sənəddə bildirilir ki, bu təşkilatların çoxu ABŞ-nin suverenliyinə və iqtisadi gücünə zidd olan radikal iqlim siyasətlərini, qlobal idarəetməni və ideoloji proqramları təbliğ edir.

Ağ Evin yaydığı məlumatda qeyd olunub ki, Amerika vergi ödəyiciləri beynəlxalq təşkilatların maliyyələşdirilməsinə milyardlarla pul xərcləyiblər, halbuki az gəlir əldə ediblər.

Donald Trampın ikinci müddətinin əvvəlindən bəri ABŞ artıq Ümumdünya Səhiyyə Təşkilatından (ÜST), Paris İqlim Sazişindən, BMT İnsan Hüquqları Şurasından və Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyindən (UNRWA) çıxıb.

ABŞ-ın bu addımı təəccüblü görünsə də, məntiqli qərardır.

Amerikalıların ödədiyi vergilər hesabına formalaşan Federal Büdcə hər il müxtəlif Beynəlxlaq təşkilatlara 10 milyardlarla dollar pul ödəyir. Ödənilən bu pulların sadə amerikalıların sosial-iqtisadi həyatına isə heç bir müsbət təsiri yoxdur.

Bu gün ABŞ  fövqəlgücdür. Onun qarşısını heç bir ölkə və yaxud beynəlxlaq təşkilat dayanmaq iqtidarında deyil. Elə Maduronun yatağından oğurlanması bunun əyani sübutudur.

Halbuki əvvəlki onilliklərdə belə bir əməliyyatın keçirilməsi üçün ən azı BMT Təhlükəsizlik Şurasının qətnaməsi lazım gəlirdi. Amma Trampın şəxsi göstərişi ilə başqa bir ölkənin lideri həbs edildi və “mühakimə olunmaq” üçün ABŞ-a gətirildi. Nəticədə heç bir beynəlxalq təşkilat və hətta BMT buna qarşı çıxmadı.
 

Bu da onu göstərir ki, BMT və digər beynəlxalq təşkilatlar artıq öz missiyalarını başa vurub, səlahiyyətsiz, gücsüz qurumlara çevriliblər. Yəni, bu gün əksər beynəlxlaq təşkilatlar ancaq özfəaliyyətlə məşğul olurlar.


Üstəlik onların mövcudluğu üçün dünya dövlətləri həmin təşkilatlara üzvlük haqqı və ianələr ödəyirlər. Məsələn BMT-nin illik büdcəsinin 22 faizini ABŞ ödəyir. Bundan əlavə, müxtəlif fondların və təşkilatların saxlanması üçün Federal Büdcə BMT-yə əlavə olaraq illik 15-20 milyard dollar yardım edir.

Nəticə varmı?

Lakin ödənilən bu qədər yardımlar müqabilində beynəlxalq təşkilatların faydalılıq əmsalı çox aşağıdır. Onlar ancaq iclas keçirmək və hansısa bəyanatı verməklə işlərini bitmiş hesab edirlər.

Ən pisi də odur ki, beynəlxalq təşkilatlar üzv dövlətlər arasında belə vasitəçi ola bilmir. Biz bunu ölkəmizin timsalında dəfələrlə görmüşük. 30 illik Ermənistan işğalı dövründə BMT-dən tutmuş digər beynəlxalq təşkilatlara qədər heç biri prinsipiallıq göstərmədi. İki üzvü arasında heç zaman sağlam dialoq belə yarada bilməyən beynəlxalq təşkilatlar, iş üzvlük haqqı məsələsinə gələndə çox prinsipial davrandılar.

Məsələn, həm Azərbaycan, həm də Ermənistan uzun illər ATƏT-in üzvüdür. Lakin bu təşkilat iki ölkə arasında münaqişədə orta yol tapılmasına heç zaman səy göstərmədi, işğalçını öz adıyla çağırmadı. Baxmayaraq ki, ATƏT yarandığı gündən təkcə Avropaya yox, bütün dünyaya beynəlxalq hüquqdan və insan haqlarından “dərs deyir”.

ATƏT-in subyektivliyini, qərarsızlığını görən Azərbaycan hökuməti 10 il öncə ATƏT-in Bakı ofisininin bağlanması haqqında qərar verdi. 

Azərbaycanın prinsipial mövqeyi

Azərbaycan beynəlxalq təşkilatlarla münasibətdə hər zaman prinsipial olub. Qarşılıqlı maraq doğuran məsələlərdə ikili yanaşma sərgilənəndə Azərbaycan hökuməti öz mövqeyini ortaya qoyub. Lazım gələndə isə belə qurumlarla əməkdaşlığı dayandırıb.
 

Məsələn, Azərbaycan hökumətinin tələbi ilə ötən il Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi bağlandı. Səbəbsə çox sadə idi. BQXK 30 il davam edən Ermənistan- Azərbaycan münaqişəsində bir qayda olaraq rəsmi İrəvanın tərəfini saxlayıb. Üstəlik, Azərbaycanın razılığı olmadan təşkilat Xankəndində öz ofisini yaradıb və 30 ilə yaxın bu ofisin fəaliyyəti Ermənistan üzərindən idarə olunub.


Ən pisi də o idi ki, 44 günlük müharibədən sonra BQXK öz bədnam iş rejimindən əl çəkmədi. 3 il müddətində təşkilatın Xankəndi ofisi İrəvandakı nümayəndəliyindən idarə olundu. Azərbaycan tərəfinin davamlı xəbərdarlıqlarına baxmayaraq BQXK bu yalnış yoldan üz çevirmədi.

Nəticədə Azərbaycan qəti qərarını verdi və BQXK-nin Bakı ofisi bağlandı. Onu da qeyd edək ki, 35 il müddətdə BQXK-nın Azərbaycana münasibətdə heç bir ciddi və səmərəli fəaliyyətinə şahid olmadıq, yalnız kosmetik fəaliyyət imitasiyasını müşahidə etdik.

2025-ci ildə əməkdaşlığa son verilən beynəlxalq təşkilatlar

Ötən il Azərbaycan hökuməti ölkədə fəaliyyət göstərən bir neçə BMT agentliyinin və beynəlxalq təşkilatın ofislərini bağlamaq qərarına gəldi. Qərara əsasən BMT-nin İnkişaf Proqramı (BMTİP),  BMT-nin Əhali Fondu (BMTƏF), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK), BMT-nin Uşaq Fövqəladə Hallar Fondu (UNICEF) və Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi (ICMPD) ilə əməkdaşlığa son verildi. Bu ofislərin bağlanması ilə bağlı rəsmi bildirişlər müvafiq təşkilatlara göndərildi.

Qərarın Azərbaycanın 1990-cı illərdə humanitar böhranla üzləşən bir ölkədən indi başqalarına kömək edən bir ölkəyə çevrilməsinə əsaslandığı bildirilirdi. Çünki bu təşkilatların əvvəllər həll etdiyi məsələlər artıq ölkədə mövcud deyil və bu da onların davamlı iştirakını lazımsız edir.

Qərara təsir edən digər əsas amil, İkinci Qarabağ müharibəsindən sonra Qarabağ azad edildikdən sonra bu təşkilatların nümayəndələrinin Qarabağa səfər etmək istəməməsi olub.

Bir vaxtlar Azərbaycanı da hədəf alırdılar...

Rəsmi Vaşinqtonun əməkdaşlıqdan imtina etdiyi təşkilatlardan biri də Avropa Şurası nəzdində Venesiya Komissiyasıdır. Bu Komissiya hər bir azərbaycanlıya yaxşı tanışdır. Hər zaman ölkəmizə qarşı qərəz nümayiş etdirən bu təşkilat davamlı olaraq Azərbaycan haqqında böhtan dolu hesabatlar hazırlayıb. Bu təşkilat uzun illər Azərbaycana seçkilərlə bağlı “ağıl” öyrətməyə çalışırdı. Ən dəhşətlisi o idi ki, Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə edirdi.

Sonuncu dəfə VK 2022-ci ildə “Media haqqında” qanun barədə rəy hazırlamışdı. Həmin rəy nəinki Azərbaycan qanunvericiliyinə, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasına və digər beynəlxalq hüquqi-normativ aktlara zidd iddialar toplusundan başqa bir şey deyildi. Bu həm də hüquqi riyakarlıq nümunəsi idi. Məhz bu cür riyakarlıqlara və səmərəsiz fəaliyyətə görə ABŞ hökuməti VK-yə “qapını göstərdi”.

Dəyişən dünya düzənində yeni çağırışlar

XXI əsr həyatımıza yeni texnologiyalar yox, həm də yeni siyasi reallıqlar gətirdi. Artıq beynəlxalq miqyasda məsələlərə yanaşmada hüquq deyil, güc əsas faktordur. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində beynəlxalq münasibətlər sistemindəki reallıqları aydın şəkildə təhlil etmişdi:

“Beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir. Bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını gücləndirməlidir, təhlükəsizliyini gücləndirməlidir... Bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır”.

Bir daha qeyd edirik ki, Azərbaycan 30 ilə yaxın müddət ərzində beynəlxalq hüququn işləməməsindən ən çox əziyyət çəkən ölkələrdən biri olub. BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinin həllində nəinki uğursuz olublar, bəzi məqamlarda işğalçının, təcəvüzkarın yanında dayanıblar. Ona görə də Azərbaycan güc yolu ilə ədaləti bərpa etdi.

Əgər Azərbaycan bütün problemlərini özü həll edəcəkdisə, bu gün dünyada əsas faktor gücdürsə, o zaman bu beynəlxlaq təşkilatlar nəyə, kimə lazımdır?!

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakıda 32 dərəcə isti olacaq

Şükürbəyli kəndinə növbəti köç yola salındı

Şükürbəyli kəndinə növbəti köç yola salındı

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər – FOTO

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər – FOTO

“Neftçi” yeni transferi üçün nə qədər PUL ÖDƏYİB?

“Neftçi” yeni transferi üçün nə qədər PUL ÖDƏYİB?

Bu ölkədə yeraltı bunkerdən 2,7 ton kokain müsadirə edildi

Bu ölkədə yeraltı bunkerdən 2,7 ton kokain müsadirə edildi

Azərbaycan-Türkmənistan sənədləri İMZALANDI - FOTO

Azərbaycan-Türkmənistan sənədləri İMZALANDI - FOTO

Qardaşıgilə qonaq gedən qız 8-ci mərtəbədən yıxıldı

Qardaşıgilə qonaq gedən qız 8-ci mərtəbədən yıxıldı

Gəncədə 67 yaşlı qadın evində ölü tapıldı

Gəncədə 67 yaşlı qadın evində ölü tapıldı

SON DƏQİQƏ! Britaniyanın Baş naziri istefa verdi - VİDEO

SON DƏQİQƏ! Britaniyanın Baş naziri istefa verdi - VİDEO

Bakıda müəllimlərin orta aylıq maaşı AÇIQLANDI

Bakıda müəllimlərin orta aylıq maaşı AÇIQLANDI

Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin Məzun Günü tədbiri KEÇİRİLDİ – FOTO

Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin Məzun Günü tədbiri KEÇİRİLDİ – FOTO

46 mindən çox şagird məktəbini DƏYİŞDİ

46 mindən çox şagird məktəbini DƏYİŞDİ

42 yaşlı məktəb direktoru vəfat etdi

42 yaşlı məktəb direktoru vəfat etdi

Bu çimərliklərdə çimmək qadağan edildi – SİYAHI

Bu çimərliklərdə çimmək qadağan edildi – SİYAHI

Sahibə Qafarova Əli Xameneinin vida mərasimində İŞTİRAK EDƏCƏK

Sahibə Qafarova Əli Xameneinin vida mərasimində İŞTİRAK EDƏCƏK

Bakıda binanın zirzəmisindən çürümüş meyit tapıldı

Bakıda binanın zirzəmisindən çürümüş meyit tapıldı

Ölkəmizə gətirilən avtomobillərin sayında KƏSKİN AZALMA – VİDEO

Ölkəmizə gətirilən avtomobillərin sayında KƏSKİN AZALMA – VİDEO

Kəlbəcərin ecazkar təbiəti – FOTO/VİDEO

Kəlbəcərin ecazkar təbiəti – FOTO/VİDEO

Dünən keçirilən imtahanların nəticələri nə vaxt elan olunacaq?

Dünən keçirilən imtahanların nəticələri nə vaxt elan olunacaq?

Məktəblilər güclərini sınadılar – MRİO-da ilk gün - FOTO

Məktəblilər güclərini sınadılar – MRİO-da ilk gün - FOTO

İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların SAYI

İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların SAYI

Azərbaycanda universitet əməkdaşı 45 yaşında VƏFAT ETDİ - FOTO

Azərbaycanda universitet əməkdaşı 45 yaşında VƏFAT ETDİ - FOTO

Norveç ibtidai sinif şagirdlərinə süni intellektin istifadəsini QADAĞAN EDİR

Norveç ibtidai sinif şagirdlərinə süni intellektin istifadəsini QADAĞAN EDİR

“70-dən çox tələbəyə xüsusi təqaüd verilir” - Rektor

“70-dən çox tələbəyə xüsusi təqaüd verilir” - Rektor

End of content

No more pages to load

RADİO