Əhalinin neçə faizi uşaqların sosial şəbəkələrə girişinə qadağanı dəstəkləyir? – SORĞU - FOTO

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin hüquqi tənzimlənməsinə ictimai münasibətin, habelə sosial şəbəkələrdən istifadə səviyyəsinin və onların cəmiyyətə təsirlərinin öyrənilməsi məqsədilə ictimai rəy sorğusu keçirilib.

Bizim.Media xəbər verir ki, sorğunun nəticələrinə əsasən, respondentlərin ümumilikdə 88,2%-i 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir. 16 yaşdan aşağı uşaqları olan respondentlər arasında bu qərarı dəstəkləyənlərin payı 91,2% təşkil edir.

Həmin respondentlərin 67,9%-i övladlarının sosial şəbəkələrdən istifadə etdiyini bildirib.

Sorğu iştirakçılarının 87,5%-i hesab edir ki, uşaqların sosial şəbəkələrdən istifadəsi onların təhsil və tərbiyəsinə mənfi təsir göstərir.
 

Respondentlərin 93,1%-i sosial şəbəkə platformalarının dövlət tərəfindən tənzimlənməsini məqsədəuyğun hesab edir.


Sorğunun nəticələrinə əsasən, respondentlərin böyük əksəriyyəti (81,8%) informasiyanı sosial şəbəkələrdən əldə edir. Sonrakı yerlərdə televiziya (55,9%), xəbər saytları (48,8%), ailə üzvləri və ətrafdakı şəxslər (37,9%), radio (5,8%), xarici media (4,8%), qəzet və jurnallar (2,8%) qərarlaşıb.

Gənclər arasında informasiyanı sosial şəbəkələrdən əldə edənlərin payı 94,1% təşkil edir. Məlumat mənbələrinə ictimai etimad səviyyəsinə görə ilk yeri televiziya tutur – 64,6%. Sonrakı yerlərdə xəbər saytları (43,0%), sosial şəbəkələr (31,4%), radio (20,2%) və qəzetlər (9,6%) qərarlaşıb.

Sosial şəbəkələrdən istifadə məqsədləri arasında ilk yeri gündəmi izləmək və məlumat əldə etmək tutur – 78,2%.

Sosial şəbəkələrdən istifadə edən respondentlərin yarısı bu platformalarda qarşılaşdıqları məlumatların doğruluğunu ümumiyyətlə yoxlamır.
 

İctimai rəy sorğusunun nəticələri ölkədə 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsinə yönəlmiş tədbirlərin geniş ictimai dəstəyə malik olduğunu göstərir. Respondentlər hesab edirlər ki, sosial şəbəkələrin yaratdığı risklər yalnız fərdi və ya ailə səviyyəsində nəzarət vasitəsilə aradan qaldırıla bilməz. Bununla yanaşı, nəticələrə görə, informasiya mənbələrinə ictimai etimad səviyyəsi üzrə ənənəvi medianın əsas subyektləri – televiziya kanalları və xəbər saytları xüsusi mövqeyə malikdir.


Qeyd edək ki, ictimai rəy sorğusu 25 iyul – 2 avqust 2026-cı il tarixlərində üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda yaşı 18 və yuxarı olan 1200 respondent iştirak edib. Respondentlərin cins, yaş qrupları və iqtisadi rayonlar üzrə bölgüsü rəsmi statistik göstəricilərə proporsional şəkildə müəyyənləşdirilib, əhali üzrə reprezentativlik təmin edilib. Xəta əmsalı ±3 faiz təşkil edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Uzak Şehir”in yeni seriyası bu tarixdən başlayır – Yeni aktyorlar, yeni obrazlar...

“Uzak Şehir”in yeni seriyası bu tarixdən başlayır – Yeni aktyorlar, yeni obrazlar...

Atəşpərəstlər və xristianların bir araya gəldiyi rayonumuz – Azərbaycan məhz burada ikiyə bölündü

Atəşpərəstlər və xristianların bir araya gəldiyi rayonumuz – Azərbaycan məhz burada ikiyə bölündü

Bakıda kuryerlər arasında mübahisənin sonu qanla bitdi – VİDEO

Bakıda kuryerlər arasında mübahisənin sonu qanla bitdi – VİDEO

Bakıda "Milyonerlər məhəlləsi"ndə avtomobil yandı – VİDEO

Bakıda "Milyonerlər məhəlləsi"ndə avtomobil yandı – VİDEO

Metroda yeni qatarların sayı niyə azalıb? - SƏBƏB AÇIQLANDI

Metroda yeni qatarların sayı niyə azalıb? - SƏBƏB AÇIQLANDI

Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı

Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı

Şoyqunun qızı dərslik yazdı: Apple və Google SMS-lərinizi oxuyur

Şoyqunun qızı dərslik yazdı: Apple və Google SMS-lərinizi oxuyur

Azərbaycan dilini öyrənmək üçün Gəncədə bir ailə ilə yaşadım

Azərbaycan dilini öyrənmək üçün Gəncədə bir ailə ilə yaşadım

Məşhur aktyor "A.B.İ"də -Foto

Məşhur aktyor "A.B.İ"də -Foto

Kiberpolisdən ƏMƏLİYYAT: Saxta kredit səhifələri yaradan şəxs saxlanıldı –VİDEO

Kiberpolisdən ƏMƏLİYYAT: Saxta kredit səhifələri yaradan şəxs saxlanıldı –VİDEO

Ünvanlı sosial yardımların ödəniş tarixi AÇIQLANDI

Ünvanlı sosial yardımların ödəniş tarixi AÇIQLANDI

Əhalinin neçə faizi uşaqların sosial şəbəkələrə girişinə qadağanı dəstəkləyir? – SORĞU - FOTO

Əhalinin neçə faizi uşaqların sosial şəbəkələrə girişinə qadağanı dəstəkləyir? – SORĞU - FOTO

İlham Əliyev Özbəkistanla tranzit daşımalarının həcmini AÇIQLADI

İlham Əliyev Özbəkistanla tranzit daşımalarının həcmini AÇIQLADI

Samuxda qarayara xəstəliyinin yayılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Samuxda qarayara xəstəliyinin yayılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Prezident: “Özbəkistanla media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb”

Prezident: “Özbəkistanla media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb”

İlham Əliyev Şavkat Mirziyoyevə TƏŞƏKKÜR ETDİ

İlham Əliyev Şavkat Mirziyoyevə TƏŞƏKKÜR ETDİ

Prezident Özbəkistanla birgə layihələrdən DANIŞDI

Prezident Özbəkistanla birgə layihələrdən DANIŞDI

Prezident: “Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixə, mədəniyyətə əsaslanır”

Prezident: “Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixə, mədəniyyətə əsaslanır”

İlham Əliyevdən Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığı ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığı ilə bağlı AÇIQLAMA

DİN-də çalışmaq istəyənlərin DİQQƏTİNƏ – Vakansiyalar var – FOTO

DİN-də çalışmaq istəyənlərin DİQQƏTİNƏ – Vakansiyalar var – FOTO

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verdi - TAM MƏTN - FOTO

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verdi - TAM MƏTN - FOTO

Dünyada ən çox istifadə olunan emoji

Dünyada ən çox istifadə olunan emoji

Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ

Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ

Ukrayna “Lukoil”in Permdəki zavoduna zərbə endirdi – VİDEO

Ukrayna “Lukoil”in Permdəki zavoduna zərbə endirdi – VİDEO

End of content

No more pages to load

RADİO