Türkiyənin reaktiv pilotsuz qırıcısı “Bayraktar Kızılelma” ikinci yoxlama uçuşunu uğurla həyata keçirib.
Moderator.Az xəbər verir ki, bu barədə “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar yanvarın 23-də özünün tviter səhifəsində məlumat verib.
Qeyd edək ki, “Bayraktar Kızılelma” ilk dəfə avqustda Samsunda keçirilən “Teknofest-2022” festivalında nümayiş olunub.
İlk sınaq uçuşu isə ötən il dekabrın əvvəlində olub.(yeniçağ.az)