Onun sözlərinə görə, Ukrayna XİN rus jurnalistlərin ölümündə təqsirli bilinən pilot Nadejda Savçenkonun psixiatrik ekspertizaya göndərilməsi səbəbindən Rusiyaya nota verib.
"Biz Rusiya Xarici İşlər Nazirliyinə nota göndərdik. Çünki ukraynalı pilot Nadejda Savçenko psixiatrik ekspertiza zamanı işgəncələrə məruz qalır", deyə XİN-nin açıqlamasında bildirilir.
Oktyabrın 13-də Savçenko stasionar psixoloji-psixiatrik ekpertizadan keçirilməsi üçün Moskvaya gətirilib.
Qeyd edək ki, Savçenko bu ili yay aylarında tutulub. O, Ukraynanın şərqində rusiyalı jurnalistlərin ölümündə ittiham olunur.