Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Sun Ley Təhlükəsizlik Şurasının iclasında çıxış edərək, Ukrayna və Rusiyanı mümkün qədər tez bir zamanda danışıqlar masasına qayıtmağa çağırıb.
Bizim.Media xəbər verir ki, çinli diplomat hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini vurğulayıb və Kiyevlə Moskvanı sülh yolu ilə nizamlanma variantlarının tapılması üçün siyasi iradə nümayiş etdirməyə səsləyib.
Çin rəsmisi həmçinin Pekinin münaqişənin mülki əhali arasında səbəb olduğu itkilərdən və humanitar fəsadlardan ciddi narahatlıq keçirdiyini bəyan edib:
"Münaqişələr heç bir problemi həll etmir. Ona görə də tərəfləri reallıqda siyasi iradə göstərməyə, BMT Nizamnaməsinin prinsiplərinə tam əməl etməklə atəşkəsə nail olmaq üçün əllərindən gələni etməyə çağırırıq", — deyə Sun Ley bildirib.
O qeyd edib ki, müharibənin uzanması regionda humanitar böhranı daha da dərinləşdirir və vəziyyəti tamamilə proqnozlaşdırılmaz müstəviyə keçirir.
Pekin rəsmisi deyib ki, Çin bu məsələdə "obyektiv və qərəzsiz" mövqe nümayiş etdirir.
Bizim.Media