Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev günü “Xabar 24” televiziyasına müsahibəsində eks-prezident Nursultan Nazarbayevlə iğtişaşlar dövründə danışıqların detallarını açıqlayıb.
Bizim.Media "Suputnik Qazaxıstan"a istinadən xəbər verir ki, o, N.Nazarbayevlə heç bir sövdələşməsinin olmadığını bildirib.
“Yox, təbii ki, heç bir sövdələşmə olmayıb. Eləcə də şəxsi imtiyazlar barədə söhbət olmayıb.Təkcə o söhbət olub ki, Təhlükəsizlik Şurası sədrinin statusunu təcili həll etmək lazımdır. Gizlətməyəcəyəm, mən məsələni belə qoydum ki, millətə dərhal müraciət edərək bu andan etibarən Təhlükəsizlik Şurası sədrinin özüm olduğumu bildirəcəyəm”, - deyə Prezident bildirib.
Bizim.Media