Ruben Vardanyana yeni vəkil təyin olundu – FOTO

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 28-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi ilə təmin olunub.

Sədrlik edən Z.Ağayev bildirib ki, ötən məhkəmə iclasında təqsirləndirilən şəxs Ruben Vardanyan vəsatət verərək məhkəmə prosesindən narazı olduğu üçün müdafiəçisindən imtina etdiyini bildirmişdi. Həmçinin qeyd etmişdi ki, onun özünün başqa bir vəkillə müqaviləsi yoxdur və dövlət tərəfindən ona müdafiəçi təyin edilə bilər. Məhkəmənin qərarına əsasən, Ruben Vardanyanın müdafiəçisi Avraam Bermandan imtinasına dair vəsatəti qəbul olunmuş və ona dövlət hesabına vəkil təyin olunması ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət göndərilmişdi. Bu səbəbdən də ona dövlət hesabına müdafiəçi təyin olunub. Hakim bildirib ki, R.Vardanyanın yeni müdafiəçisi Vəkillər Kollegiyasının üzvü Emil Babışovdur.

Təqsirləndirilən şəxs yeni vəkili Emil Babışova etiraz etməyib. Prosesin digər iştirakçıları da müdafiəçiyə etirazlarının olmadığını bildiriblər.

Sonra hakim Z.Ağayev cinayət təqibinə yeni qoşulan vəkil Emil Babışovu məhkəmənin tərkibi ilə tanış edib.

Vəkil məhkəmə tərkibinə etiraz etmədiyini söyləyib. İclasa sədrlik edən hakim vəkilə təqsirləndirilən şəxslə həm istintaq təcridxanasında, həm də məhkəmədə görüşmək, eyni zamanda, cinayət işinin materialları ilə tanış olmaq üçün şərait yaradılacağını və əlavə vaxt veriləcəyini deyib.

Bundan sonra vəkilin işlə tanış olması və təqsirləndirilən şəxslə görüşməsi üçün proses təxirə salınıb.

Məhkəmə prosesi noyabrın 4-də davam etdiriləcək.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİN-dən növbəti əməliyyat: Silahlar və narkotik tapıldı

DİN-dən növbəti əməliyyat: Silahlar və narkotik tapıldı

Türkiyədə helikopter qəzası ilə bağlı xəbər təsdiqlənmədi

Türkiyədə helikopter qəzası ilə bağlı xəbər təsdiqlənmədi

Hindistanda bir “iPhone”a görə bütün ailə məhv oldu - VİDEO

Hindistanda bir “iPhone”a görə bütün ailə məhv oldu - VİDEO

Ukraynada çimərlikdə dincələnlər dənizdən PUA çıxartdı - VİDEO

Ukraynada çimərlikdə dincələnlər dənizdən PUA çıxartdı - VİDEO

Bakıda futbolçu VƏFAT ETDİ – FOTO

Bakıda futbolçu VƏFAT ETDİ – FOTO

İstanbul çimərlikləri BAĞLANDI

İstanbul çimərlikləri BAĞLANDI

Sumqayıtda yataqxanada YANĞIN: Ana və oğlu xəstəxanalıq oldu

Sumqayıtda yataqxanada YANĞIN: Ana və oğlu xəstəxanalıq oldu

Azərbaycan və Özbəkistan arasında sənədlər İMZALANDI - FOTO

Azərbaycan və Özbəkistan arasında sənədlər İMZALANDI - FOTO

"Gəncə" amerikalı basketbolçunu transfer etdi

"Gəncə" amerikalı basketbolçunu transfer etdi

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı səfirlikdən AÇIQLAMA - FOTO

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı səfirlikdən AÇIQLAMA - FOTO

Özəl məhkəmə ekspertizası fəaliyyətə başlayır - Kimlər ekspert ola bilər?

Özəl məhkəmə ekspertizası fəaliyyətə başlayır - Kimlər ekspert ola bilər?

Evdən 10 min manatlıq əşyalar oğurlandı

Evdən 10 min manatlıq əşyalar oğurlandı

Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" HƏBS OLUNDU

Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" HƏBS OLUNDU

Almaniya narkotik satışına görə Avropada BİRİNCİ OLDU

Almaniya narkotik satışına görə Avropada BİRİNCİ OLDU

Laçın və Xankəndi bu şəhərlərlə qardaşlaşır - RƏSMİ

Laçın və Xankəndi bu şəhərlərlə qardaşlaşır - RƏSMİ

Azərbaycanın yeni səfiri Qazaxıstanın XİN rəhbəri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycanın yeni səfiri Qazaxıstanın XİN rəhbəri ilə GÖRÜŞDÜ - FOTO

Bakıya 200 milyard dollarlıq investisiya yatırılıb...

Bakıya 200 milyard dollarlıq investisiya yatırılıb...

Hansı ölkədə dərslər yanvarda, hansında apreldə başlayır? - CAVAB

Hansı ölkədə dərslər yanvarda, hansında apreldə başlayır? - CAVAB

Azərbaycanda bu məhsullar BAHALAŞIB

Azərbaycanda bu məhsullar BAHALAŞIB

Nurani bu nazirlə sinif yoldaşı olub – FOTO

Nurani bu nazirlə sinif yoldaşı olub – FOTO

69 yaşlı qadın sahibkarın Azərbaycandan çıxışına qadağa qoyuldu

69 yaşlı qadın sahibkarın Azərbaycandan çıxışına qadağa qoyuldu

İranda Pezeşkianın müharibəni bitirmək çağırışı TƏNQİD EDİLDİ

İranda Pezeşkianın müharibəni bitirmək çağırışı TƏNQİD EDİLDİ

Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsi anıldı – FOTO

Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsi anıldı – FOTO

İranda dollar rekord həddə yaxınlaşdı

İranda dollar rekord həddə yaxınlaşdı

End of content

No more pages to load

RADİO