Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başladı - VİDEO

Pakistan və Əfqanıstan arasında gərginlik yenidən silahlı toqquşmalara səbəb olub.

Bizim.Media "Tolo News"a istinadən xəbər verir ki, Əfqanıstanın şərqində, Nəngərhar vilayətində toqquşma yaşanıb.

Şahidlərin sözlərinə görə, atəş səsləri uzaq məsafədən eşidilib, tərəflər ağır silahlardan istifadə ediblər.
 

"Associated Press" bildirir ki, Pakıstanın şimal-qərb sərhəd bölgəsində Əfqanıstan silahlı qüvvələri ilə qarşıdurma qeydə alınıb. İslamabad qonşu ölkəni “əsassız silahlı hücumda” ittiham edib. Cavab olaraq, Pakistan artilleriyası Əfqanıstanın bir neçə hərbi postunu və tankını məhv edib. Bu, son bir həftə ərzində iki ölkə arasında ikinci sərhəd insidentidir.


"Daily Pakistan" yazır ki, Pakistan ordusu Hayber Paxtunxva əyalətinin Kurram dairəsindəki hücumdan sonra Əfqanıstan ərazisində yerləşən yaraqlı mövqeləri artilleriya ilə hədəfə alıb.

Gərginlik, “Taliban” və “Fetna əl-Xavaric” kimi tanınan “Təhrik-i-Taliban Pakistan” qruplaşmasının Pakistan sərhəd postlarına atəş açmasından sonra daha da artıb.

Məlumata görə, Pakistan Silahlı Qüvvələri 11 oktyabrdan etibarən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Səudiyyə Ərəbistanı və Qətərin vasitəçilik çağırışlarından sonra 12 oktyabrda döyüşlər müvəqqəti dayandırılsa da, sərhəd-keçid məntəqələri hələ də bağlı qalır.

İslamabadın açıqlamasına əsasən, Pakistan ordusu 200-ə yaxın yaraqlını zərərsizləşdirib, Əfqanıstan ərazisində yerləşən 19 terror obyektini məhv edib və hücumlara dəstək verən tank batalyonunun qərargahına zərbə endirib.
 

Qeyd edək ki, Pakistanla Əfqanıstan arasında 2400 kilometr uzunluğunda sərhəd xətti mövcuddur və onun bəzi hissələri hələ də mübahisəlidir.


13 oktyabrda ABŞ Prezidenti Donald Tramp açıqlama verərək bildirib ki, Əfqanıstan və Pakistan arasındakı hərbi qarşıdurmaya “sülh prosesini yaxşı bildiyi üçün” müdaxilə etməyə hazırdır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

3 bürc üçün böyük pullar gələcək

3 bürc üçün böyük pullar gələcək

Hansı içki kişiləri prostat xərçəngindən qoruyur?

Hansı içki kişiləri prostat xərçəngindən qoruyur?

Avropa Liqasında 1/4 finalçılar bəlli oldu

Avropa Liqasında 1/4 finalçılar bəlli oldu

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

Xətaidə kanalizasiya çökdü, evləri su basdı - VİDEO

Xətaidə kanalizasiya çökdü, evləri su basdı - VİDEO

Oruc tutanların DİQQƏTİNƏ – Bayramdan sonra bunları etməyin!

Oruc tutanların DİQQƏTİNƏ – Bayramdan sonra bunları etməyin!

İlham Əliyev və Şahbaz Şərif arasında TELEFON DANIŞIĞI

İlham Əliyev və Şahbaz Şərif arasında TELEFON DANIŞIĞI

Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!

Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!

Bakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA

Bakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA

“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

Nüvə silahı işə düşsə nə baş verər?

Nüvə silahı işə düşsə nə baş verər?

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

Əsl möcüzə yaşayacaq bürclər

Əsl möcüzə yaşayacaq bürclər

“Azərbaycan bu addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir”

“Azərbaycan bu addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir”

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

Biri düyü, biri neft göndərir

Biri düyü, biri neft göndərir

Neftçalada faciəvi QƏZA – Yeniyetmə qardaşlar həyatını itirdi – VİDEO

Neftçalada faciəvi QƏZA – Yeniyetmə qardaşlar həyatını itirdi – VİDEO

Pezeşkiandan dünyaya XƏBƏRDARLIQ - “Bu alov hamını yandıra bilər” – FOTO

Pezeşkiandan dünyaya XƏBƏRDARLIQ - “Bu alov hamını yandıra bilər” – FOTO

"Niyə Balaəli 500 minlik maşın sürməsin ki?"

"Niyə Balaəli 500 minlik maşın sürməsin ki?"

İran İsrail şəhərlərini yenidən raket atəşinə tutdu – VİDEO

İran İsrail şəhərlərini yenidən raket atəşinə tutdu – VİDEO

End of content

No more pages to load

RADİO