İranın paytaxtı Tehranda yeni metro stansiyası “Müqəddəs Məryəm” istifadəyə verilib.
Bizim.Media xəbər verir ki, stansiya interyerində xristian simvolları və dini mozaik elementlər yer alıb. Bu, İran kimi müsəlman ölkəsində dinlərarası hörmət və tolerantlıq nümunəsi kimi qiymətləndirilir.
Rəsmilər bildiriblər ki, layihənin məqsədi mədəni müxtəlifliyi və dini dəyərlər arasında harmoniyanı vurğulamaqdır.


Bizim.Media