İsrailin Baş naziri Benyamin Netanyahu COVİD-19 əleyhinə vaksin vurduracaq.
Bizim.Media xəbər verir ki, Netanyahu bununla bağlı ''Twitter'' hesabında paylaşım edib.
O bildirib ki, vaksini vurduran ilk şəxsin Baş nazir olması xalqa nümunə göstərmək anlamına gəlir:
"Hər kəsi inandırmaq lazımdır ki, peyvəndlənmək vacibdir",- deyə İsrailin Baş naziri vurğulayıb.
Qeyd edək ki, İsraildə 363 min nəfər koronavirusa yoluxub. Onlardan 340 mindən çoxu sağalıb, 3030 nəfər isə dünyasını dəyişib.
Bizim.Media