Türkiyənin Bayraktar TB2 pilotsuz təyyarələrini alan ölkələrin sayı artıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu pilotsuz təyyarələr Azərbaycandan sonra Ukrayna, Polşa, Mərakeş, Efiopiya, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tunis, Liviya, İraq və Suriyaya da ixrac edilir.
MÖVZU İLƏ BAĞLI:
Səlcuq Bayraktardan Azərbaycanla bağlı PAYLAŞIM
Bundan başqa, Macarıstan, Serbiya, Nigeriya, Anqola, Qətər və Albaniya da bu dronlarla yaxından maraqlanır.
Qeyd edək ki, təkcə uçuş-enmə zolağında deyil, həm də gəmilərin göyərtələrində qalxıb enə bilən Bayraktar TB3-ün təkmilləşdirilməsi işləri davam edir.
Bizim.Media