Yeni il yanvarın 1-i səhər saatlarında Səudiyyə Ərəbistanına qar yağıb.
Bizim.Media “national news”a istinadən xəbər verir ki, intensiv qar yağışı nəticəsində Təbuk dağları qarla örtülüb.
Yağıntı temperaturun kəskin düşməsindən sonra baş verib.
Sinoptiklərin proqnozuna görə, bəzi yerlərdə qar yağması hələ davam edəcək. Bir çox yerli sakinlər həyatlarında ilk dəfə qar görüblər.
Onlar sosial şəbəkələrdə həmin görüntüləri paylaşıblar.
Bizim.Media