Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK terror təşkilatının Suriya qanadının (YPG) 6 üzvünü məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə hərbçiləri 2 mindən çox terrorçunu zərərsizləşdirdi
Məlumata əsasən, terrorçular "Sülh bulağı", "Zeytun budağı" və "Fərat qalxanı" əməliyyatları zonasına girməyə çalışıblar.
Bildirilir ki, Türkiyə Silahlı Qüvvələri terrora və terrorçulara qarşı qətiyyətlə mübarizəsini davam etdirir.
Bizim.Media