Cənubi Afrika Respublikasının Keyptaun şəhərində ölkə parlamentinin binasında yanğın başlayıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, yanğın binanın damında başlayaraq içərisinə keçib.
Hələ də davam edən yanğını söndürmək mümkün olmur.
Yanğının söndürülməsi üçün hadisə yerinə əlavə yanğından mühafizə bölmələri cəlb edilir.
Ölən və xəsarət alanlar, həmçinin yanğının səbəbi barədə məlumat verilmir.
Bizim.Media