Yaponiyaya yağan güclü qar səbəbindən 230-dan artıq aviareys təxirə salınıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Hokkaydo adasında yerləşən Sapporo şəhər aeroportunda reyslərin təxirə salındığı bildirilib.
Toplanan qarı təmizləmək üçün uçuş-enmə zolağı 3 saatlıq bağlanıb. Nəticədə “Şin-Titoşi” aeroportunda reyslərini dəyişməyə məcbur olan insanların böyük növbəsi yaranıb.
Bizim.Media