Evinizə uğur gəlməsi üçün Vanqadan MƏSLƏHƏTLƏR 

Bizim.Media məşhur bolqar əsilli Vanqanın maraqlı məsləhətlərindən bir neçəsini təqdim edir:

* Heç bir zaman sınıq ya çatlaq nimçədə ya fincanda çay içməyin. Bunlar insana uğursuzluq gətirir. Çatlaq qab evdə neqativ enerji yaradır. Ona görə də qabda hətta balaca bir çat yaranıbsa belə, mütləq atmaq lazımdır.

Bəzən "sevgilimin hədiyyəsidir, ata bilmərəm" düşünüb yenə də sınıq fincanda çay içilir. Bu, sevgilin ilə aranızda problemin artmasına səbəb olacaq.

* Evinizə heç vaxt pis adamın və pisliyin gəlməsini istəmirsinizsə, daim yaxşılıqlarla rastlaşasınız deyə, qapının içəri tərəfindən üstünə xaç formasında kəndəlaş (kol bitkisidir) çubuğu bağlayın.

* Evdə uğurların bol olması üçün şüşə kasaya su töküb üstünə bu sözləri oxuyub, üfləyin:

"Qapımdan girən adamlar mənim köməkçim, dostum olsun. Düşmənlərimə və mənə düşmən olmaq istəyənlərə qapımdan içəri girmək qadağandır. Qapım nə qədər açılarsa, bir o qədər xeyirə açılsın. Qapımdan həmişə içəri xeyir, bərəkət, sülh, yaxşılıq gəlsin. Bədbəxtlik, pis niyyət, pis nəfs məndən uzaq olsun".

Sonra evin kandarından içəriyə bu suyu çiləyin.

* Səhər yuxudan ayılanda ayaqları yerə qoymadan əvvəl çəkələklərinizi tapın, sağ ayağı geyinib, sonra sol ayağı geyinin.

* Evinizin daim uğurlu olması üçün başqa dövlətlərin dəmir (gümüşü rəngli) pullarını evdə saxlayın.

* Həyatınızda yeni, uğurlu xəttin yaranması üçün təzə ay çıxanda evdə mebelin yerini dəyişdirin. Uğur sizi gözləməyə qoymayacaq.

* Öz xoşbəxtliyinizi itirmək istəmirsinizsə, heç vaxt son tikənizi, hətta qurumuş olsa belə, saxlamayın. Stolun üstündəki qırıntıları da atmayın. Onları quşlara tökün.

* Uğurlarınızdan danışarkən pis gözə, nəfsə gəlməmək üçün 3 dəfə taxtaya tıqqıldadın və 3 dəfə sol çiyninizin üstündən kənara tüpürün.

* Uğurun evdən getdiyini hiss edirsinizsə, evinizdəki bütün pəncərələrin kənarına duz səpin.

Uğur gələnə kimi silməyin. Duzu yığışdırdıqda, əli duza vurmadan silib, bir paketə yığaraq evdən uzaqda basdırmaq lazımdır.

* Sağ ayağınız harasa ilişərsə, xoş olmayan bir şeyə işarədir. Bundan uzaq olmaq üçün ayağı 3 dəfə yerə vurub "mənə gələn bəd hadisə torpağa çök, əl çək məndən" demək lazımdır.

Yox əgər sol ayağınız ilişibsə, yaxşı və xoş işin olacağından xəbər verir.

* Evdə güzgü sınıbsa, arzu olunmaz hadisə olmasın deyə, üzərinə su səpin yığıb torpaqda basdırın.

* Güzgü asılmış otaqda kimsə illərlə xəstə yatıbsa, ya dava-dalaş olubsa, yaxud xoşa gəlməz hadisə baş veribsə, güzgünü kilsə suyu ilə silmək məsləhətdir.

* Çöldə əl açıb dilənən insanlara heç vaxt çörək və duz aldığınız pulun qalığından verməyin, yoxsa siz də lüt-üryan qalarsınız. Həmçinin pul qabındakı son qəpiyi heç kimə verməyin. Yoxsa qəpiksiz qalarsınız.

* Təzə pul qabı aldıqda ilk olaraq ora bir müddət qızıl əşya qoyun. O zaman əlinizə daim böyük pullar gələcək. Həmçinin nanə yarpağı və darçın da pull qabının dolmasına işarədir.

* Pulun sizdən qaçmaması üçün pulu heç vaxt əlinizdə bürmələməyin. Həmçinin pul yığdığınız qabı açıb pulları saymaq məsləhət deyil.

* Yığılan pullar çantanızdadırsa, onları hələ xərcləmək fikriniz yoxdursa, çantanı evdə yerə tullamayın.

* Xoşa gəlməyən şeylərdən uzaq olmaq üçün bunları edin:

Rəngli parça götürün, içinə evdə artıq köhnə qırıntı şeylərini yığın (köhnə düymə, qaşlar, qələm və.s). Bundan əlavə daş, qoza, ağac qırıntısı qabığı yığın, harasa insan olmayan yerə gedin. Yığdıqlarınızı bir palçıq olan yerə yarım metrlik dairə kimi düzün.

Həmçinin parçanı və içindəkiləri də bura düzün. Üzərinə torpaq səpin ki, bütün çətinliklər, ağırlıqlar, uğursuzluqlar hamısı torpağın altında qalsın.

* Yaxşı iş tapmaq üçün təzə ay çıxanda bir vərəqə hansı işi və hansı məbləği istəyirsinizsə, yazın, sonra bu kağızı xırdalayın, əzilmiş dəfnə yarpağı ilə qarışdırın, tavada, ya metal sinidə, ya da palçıqdan hazırlanmış kasada yandırın.

Bütün hamısı yanıb gül olduqdan sonra bir pul götürün, içinə külləri töküb, büküb pul qabında talisman kimi saxlayın.

* Əllə stolun üstündən çörək qırıntılarını təmizləməyin. Həmçinin stolu kağızla silməyin. Bu yoxsulluğun əlamətidir. Yığılan çörək qırıntılarını quşlara tökmək məsləhətlidir.

* Həmişə uğurlu şeylərlə qarşılaşmaq üçün özünüzlə parabüzən böcəyinin təsvirini, ya onun parça üzərində işlənmiş (muncuqla hörülmüş, saç sancağı və.s) saxlayın.

Həmçinin parabüzənin şəkilini işdə çay içdiyiniz fincana vurmaq məsləhətlidir. (publika.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyada bağ evlərində niyə gecələməyə izn verilmir? – Hökumətin QƏRİBƏ TƏLƏBLƏRİ

Almaniyada bağ evlərində niyə gecələməyə izn verilmir? – Hökumətin QƏRİBƏ TƏLƏBLƏRİ

Şahdağ və Daşkəsənə qar yağır - FAKTİKİ HAVA

Şahdağ və Daşkəsənə qar yağır - FAKTİKİ HAVA

ABŞ-da körpə nadir əməliyyatla iki dəfə “dünyaya gətirildi” – FOTO

ABŞ-da körpə nadir əməliyyatla iki dəfə “dünyaya gətirildi” – FOTO

“Qarabağ”da ciddi İTKİ

“Qarabağ”da ciddi İTKİ

ABŞ-ın ən məşhur bankı qalmaqalın MƏRKƏZİNDƏ: Qadın direktor kişi əməkdaşı…

ABŞ-ın ən məşhur bankı qalmaqalın MƏRKƏZİNDƏ: Qadın direktor kişi əməkdaşı…

Boğazında konfet qalan azyaşlının həyatı belə xilas edildi – ANBAAN VİDEO

Boğazında konfet qalan azyaşlının həyatı belə xilas edildi – ANBAAN VİDEO

İsraildən XƏBƏRDARLIQ - "Dərhal bu əraziləri tərk edin" - FOTO

İsraildən XƏBƏRDARLIQ - "Dərhal bu əraziləri tərk edin" - FOTO

Dostunun məhkəməsinə gedən şəxs HƏBS EDİLDİ

Dostunun məhkəməsinə gedən şəxs HƏBS EDİLDİ

I sinfə şagird qəbulu BAŞLADI

I sinfə şagird qəbulu BAŞLADI

Dəmir yolundan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR – Yaxın günlərdə…

Dəmir yolundan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR – Yaxın günlərdə…

Baş bankirdən maaş alanlara müjdə

Baş bankirdən maaş alanlara müjdə

Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin

Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin

Siyavuş Novruzov: “Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur”

Siyavuş Novruzov: “Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur”

"Həzi Aslanov" metro stansiyasına yaxın təmirli mənzillər ipoteka imkanı ilə satışa çıxdı! - "Highland Residence"

"Həzi Aslanov" metro stansiyasına yaxın təmirli mənzillər ipoteka imkanı ilə satışa çıxdı! - "Highland Residence"

“Ciyəri zədələnib…” - “Kəpəz”in futbolçusu üçün mövsüm bitdi

“Ciyəri zədələnib…” - “Kəpəz”in futbolçusu üçün mövsüm bitdi

Bu da “Koroğlu”nun atı – VİDEO

Bu da “Koroğlu”nun atı – VİDEO

4 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları AÇIQLANDI

4 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları AÇIQLANDI

KİV: ABŞ İranla razılıq əldə etmək üzrədir - DETALLAR

KİV: ABŞ İranla razılıq əldə etmək üzrədir - DETALLAR

4 ayda vergi daxilolmaları 6 milyard manatdan çox olub – RƏSMİ

4 ayda vergi daxilolmaları 6 milyard manatdan çox olub – RƏSMİ

Naxçıvanda dövlət qurumu ləğv edildi

Naxçıvanda dövlət qurumu ləğv edildi

Simonyan Belarusla bağlı sözlərinə görə üzr istəmədi

Simonyan Belarusla bağlı sözlərinə görə üzr istəmədi

Azərbaycanda bəzi kəndlərin adı dəyişdirilir – SİYAHI

Azərbaycanda bəzi kəndlərin adı dəyişdirilir – SİYAHI

"Card to card" ödənişləri ilə bağlı XƏBƏRDARLIQ

"Card to card" ödənişləri ilə bağlı XƏBƏRDARLIQ

Suriyada özbək döyüşçülər saxlanıldı

Suriyada özbək döyüşçülər saxlanıldı

End of content

No more pages to load

RADİO