ABŞ-ın Missisipi ştatının Qalfport şəhərində Yeni il şənliyi zamanı baş verən atışma nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli WLOX telekanalı polisə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, şənlik zamanı baş verən mübahisə atışma ilə nəticələnib.
Telekanal bildirib ki, xəsarət alan bir nəfərin vəziyyəti ağırdır. Atışma zamanı yaralanan digər üç nəfərin - iki kişi və bir qadının həyatları üçün təhlükə yoxdur.
Bizim.Media