Rusiyanın İnquşetiya bölgəsində mənzildə qaz partlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya mətbuatı yayıb.
Mənbə qeyd edir ki, partlayış nəticəsində Azərbaycanın Qəbələ rayonunun Məmmədağalı kənd sakini, 27 yaşlı Yarəliyev İnqilab Nizami oğlu dünyasını dəyişib.
Xatırladaq ki, İ.Yarəliyev mövsümi iş üçün İnquşetiyaya gəlibmiş.
Bizim.Media