Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev edam cəzasının ləğvi ilə bağlı qanunu imzalayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bundan sonra edam cəzası ölkə qanunlarından tamamilə xaric edilib.
Qeyd edək ki, Qazaxıstan bu ilin 2 yanvar tarixində Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktının edam cəzasını ləğv edən ikinci fakultativ protokoluna qoşulub.
Bizim.Media