Araşdırma institutunda çalışan həkim Maykl Narvi Kanadadakı müayinələrinin birində uşaqlıqdan kənar, qadının qaraciyərində hamiləlik aşkarlayıb
Bizim.Media xəbər verir ki, bu barədə “TikTok”da məlumat verən həkim bu hamiləlik forması 33 yaşlı qadında qeydə alındığını deyib.
Həkimin bölüşdüyü UZİ fotosundan da görünür ki, döl qaraciyərə bitişib:
“Arada dölün mədədə inkişaf etdiyini görmüşük. Ancaq qaraciyərdə heç vaxt rastlaşmamışdıq”.
Bizim.Media