Çin lideri Si Tsinpin “köhnə dostu” Vladimir Putinə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Rusiya mətbuatında yer alıb.
Tsinpin qeyd edib ki, Kremlin sahibi Rusiya və Çin arasında münasibətləri pozmağa imkan verməyib.
“Hörmətli prezident Putin, mənim köhnə dostum! Bu il sizinlə ikinci videokonfransı keçirdiyim üçün çox şadam.
Siz Rusiya ilə Çin arasındakı münasibətləri yüksək qiymətləndirdiniz, onları XXI əsrdə dövlətlər arasında qarşılıqlı fəaliyyətin nümunəsi adlandırdınız, ölkələrimiz arasında gərginlik yaratmaq cəhdlərinə qətiyyətlə qarşı çıxdınız, mən bunu yüksək qiymətləndirirəm”, deyə o vurğulayıb.
Bizim.Media