Siyəzən rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, VAZ-2107 markalı avtomobilin dərəyə aşması nəticəsində iki qardaş xəsarət alıb.
Onlardan biri, 1994-cü il təvəllüdlü Musayev Musa Məmməd oğlunun xəsarəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona sağ qolun yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu qoyulub.
Bizim.Media