İraqın şimalındakı Qara bölgəsində RKK terror təşkilatının 9 silahlısı zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Anadolu” agentliyi yayıb.
Türkiyə təhlükəsizlik strukturlarındakı mənbələrin məlumatına görə, silahlılar Milli Kəşfiyyat Təşkilatının (MİT) dəstəyi ilə Türkiyə Silahlı Qüvvələri tərəfindən məhv edilib.
RKK terrorçuları sabitliyi pozmaq, Türkiyəni parçalamaq üçün qanlı hücumlar həyata keçirirlər.
Bizim.Media