“Time” jurnalı "SpaceX" və "Tesla" avtomobil şirkətinin yaradıcısı İlon Maskı “2021-ci ilin adamı” seçib.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, ötən il ABŞ Prezidenti Co Bayden və Vitse-prezident Kamala Harris bu nominasiyada qalib gəlmişdilər.
Qeyd edək ki, "Tesla" avtomobil şirkəti elektrik avtomobil bazarının 3/2-nə nəzarət edir və 1 trilyon dollar dəyərində qiymətləndirilir.
Sərvəti 250 milyard dollardan çox olan İ.Mask tarixin ən zəngin şəxsi hesab olunur.
Bizim.Media