Cənubi Koreya prezidenti Mun Çje İn bildirib ki, ölkəsi Şimali Koreya, Çin və ABŞ ilə birlikdə 1950-1953-cü illərdə baş verən Koreya müharibəsinin sona çatdığını elan etməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı BBC telekanalı yayıb.
"Biz danışıqların başlayacağına ümid edirik". Mun Çje İn belə deyib.
2021-ci ilin sentyabrında KXDR lideri Kim Çen Inın bacısı Kim Ye Conq qeyd edib ki, Pxenyan yalnız ABŞ-ın “düşmənçilik siyasətindən” əl çəkəcəyi təqdirdə dialoqa girəcək.
Xatırladaq ki, 1950-1953-cü illərdə davam edən Koreya müharibəsi sülh müqaviləsi ilə deyil, atəşkəslə başa çatıb. Texniki cəhətdən Şimali və Cənubi Koreya o vaxtdan bəri müharibə vəziyyətindədir.
Bizim.Media