Əfqanıstanda idarəçiliyi ələ keçirən "Taliban" Müdafiə Nazirliyinin sözçüsü İnayətullah Hərəzmi televiziya proqramında maraqlı açıqlaması ilə gündəm olub.
Bizim.Media xəbər verir ki, o, jurnalistin "Sonuncu dəfə nə vaxt və hansı filmə baxmısınız?" sualına “Kurtlar Vadisi” cavabını verib.
İ.Hərəzm sözügedən serialın bütün bölümlərini izlədiyini, Türkiyədə çəkilən ən yaxşı ekran işlərindən biri olduğunu deyib.
Bizim.Media