Ukrayna Dövlət Sərhəd Xidməti və ABŞ-ın Kiyevdəki səfirliyi ölkə sərhədinin şimal və şərq hissələrinin təhlükəsizliyinin gücləndirilməsinə dair birgə plan imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Məlumata görə, planın həyata keçirilməsi üçün 20 milyon ABŞ dolları ayrılıb.
Layihə sərhədçilərə texniki yardım, o cümlədən Dövlət Sərhəd Xidmətini pilotsuz uçuş sistemləri, xüsusi texnika, videomonitorinq avadanlıqları, rabitə vasitələri, avadanlıqlarla təmin etməyi nəzərdə tutur.
Bizim.Media