İraqın şimalında Türkiyə ordusunun 3 hərbiçisi şəhid olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Mənbə yazır ki, hadisə Şimali İraqda “Pəncə-Yıldırım” əməliyyatı bölgəsində terrorçuların hücumu nəticəsində baş verib.
Türkiyə Silahlı Qüvvələri (TSQ) bölgədə aşkar etdiyi hədəflər hava əməliyyatları ilə vurulub və ilkin məlumatlara görə 6 terrorçu zərərsizləşdirilib.
Bizim.Media