İranda təyyarə qəzaya uğrayıb.
Bizim.Media fars mətbuatına istinadən xəbər verir ki, qəza İranın Ramsər şəhərində baş verib.
Belə ki, iki nəfərlik təyyarə havaya qalxdıqdan sonra Xəzər dənizi sahilində yerə çırpılıb. Pilot və sərnişin xəsarət alıb və xəstəxanaya çatdırılıb.
Bizim.Media