Ukraynanın Odessa bölgəsinin İvanovsk kəndində qanlı cinayət yaşanıb.
Bizim.Media "REN TV"yə istinadən xəbər verir ki, dekabrın 3-də iki kişi spirtli içki süfrəsində mübahisə ediblər və insident birinin digərini bıçaqlaması ilə yekunlaşıb.
Qatil öldürdüyü həmkəndlisinin cəsədini divanda gizlədərək qaçıb. Polis isti izlərlə 29 yaşlı canini tutub.
Bizim.Media