Metakainatda “səfirlik” açan ilk dövlət müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Barbados hökuməti metakainatda “torpaq sahəsi” almaq barədə “Decentraland” şirkətilə müqavilə imzalayıb.
Virtual diplomatik nümayəndəliyin 2022-ci ilin yanvarından etibarən fəaliyyətə başlaması planlaşdırılır.
Qeyd edək ki, metakainat müasir internet mühitinin üçölçülü versiyasıdır. Burada insanlar bir-birilə öz avatarları vasitəsilə virtual reallıq texnologiyalarından istifadə etməklə ünsiyyət quracaqlar.
Bizim.Media