İranda tikilməkdə olan anbar çöküb, dağıntılar altında qalanlar var.
Bizim.Media "Fars" agentliyinə istinadən xəbər verir ki, hadisə Qəzvin vilayətinin Avəc bölgəsində baş verib.
Hadisə zamanı 19 fəhlə dağıntılar altında qalıb. Onlardan 11 nəfər çıxarılsa da, 8-i dağıntılar altındadır.
Uçquna tikinti zamanı təhlükəsizlik tədbirlərinin pozulmasının səbəb olduğu deyilir.
Bizim.Media
