Ukraynanın Xalq rəssamı, Azərbaycanın Əməkdar rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovla Xarkov şəhərində vida mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, mərasimdə Xarkov şəhər merinin birinci müavini Aleksandr Novak, merin səhiyyə məsələləri üzrə müavini Svetlana Qorbunova Ruban, ölkəmizin Ukraynadakı səfirliyinin müşaviri Sabir Rzayev və başqa rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanın Xarkovdakı Mədəniyyət və İnformasiya Mərkəzinin rəhbəri olmuş Seyfəddin Qurbanov noyabrın 16-da Türkiyənin Alaniya şəhərində koronavirusdan dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Bizim.Media