Avropanın əksər ölkələrində son həftələrdə koronavirusa yoluxma hallarında ciddi artım baş verib.
Bizim.Media xəbər verir ki, bir müddət əvvəl qitənin virusun ocağına çevrilməsi təhlükəsi ilə bağlı ÜST xəbərdarlıq edib.
Bir çox ölkənin qışın gəlməsini gözləmədən məhdudiyyət tədbirlərinə əl atması bu səbəbdəndir.
Yoluxma sayında artım ən çox Almaniyadadır. Son bir həftədə orta yoluxma sayı 43 500 olub. Fransa, Belçika, İsveçrə və digər ölkələrdə də yoluxma artımı müşahidə olunur.
Müxtəlif ölkələrin səhiyyə qurumları ağır xəstələrin əksəriyyətinin vaksin olunmayanlar olduğunu diqqətə çatdırıb.
Bizim.Media