Azərbaycan kişisinin GÜNÜ 27 sentyabrdan başlayır - “Beynəlxalq Kişilər Günü”nə SÖZARDI

Erməni güllələrinin altında aldıqları yaralara, tökülən qanlarına rəğmən Şuşaya qayalıqlarla dırmaşan Azərbaycan kişiləri bunu Azərbaycana, hərbi anda, analarına verdikləri sözə, bacı və həyat yoldaşlarının başını uca tutmasına görə ediblər. Qarabağ savaşı milli qürur və ləyaqət məsələsi idi.

44 günlük savaşın hər bir günü Kişilər Günüdür...

Hərbi hospitalda bir qolunu itirmiş, mərmi yaralarından ayağı amputasiya olunsa da, “Sistemi çıxarın. Məni Qarabağa qaytarın. Döyüşmək istəyirəm” bağıranlar Azərbaycan kişiləridir. Erməni girovluğuna düşsə də, daşnakların bıçaq zərbələrinə baxmayaraq yarımcan vəziyyətdə onların təhqirinə on qat artıq söyüşlə cavab verən Azərbaycan oğludur. Döyüş yoldaşlarına “mən subayam, siz qalın” deyib əliyalın düşmən postuna girib erməniləri qanına bələyib şəhid olan Azərbaycan kişisidir. Topun, mərminin altında, əcəlin kölgəsində belə, nikbin səsini Bakıya çatdıraraq “Xudayar təsnif”inin yaradıcısı da bu yurdun övladıdır.
 

MÖVZU İLƏ BAĞLI:

44 günlük Vətən Müharibəsi necə başladı? –“Kukruzniklər” – TAM MƏXFİ PLAN - VİDEO


Günlərlə ac-susuz qalıb yaralı və şəhid yoldaşlarını da döyüş meydanında yiyəsiz qoymayıb çiynində daşıyan Azərbaycan kəşfiyyatçılarıdır.

II Qarabağ müharibəsində çiyində gəzdirilən qazi və şəhidlər də zəfərə boyanan Azərbaycan  bayrağı qədər müqəddəsdir. Bunu hamı bilir, hər kəs təsdiqləyir. 44 günlük savaşa qədər isə ancaq “ana müqəddəsdir” deyimi vardı. İndi həmin anaların doğduğu qəhrəman kişilər də müqəddəsdir. Zəfər Günündə çəliyini dostlarına verərək tək ayağı ilə oynayan da də Azərbaycan qazisidir, Azərbaycan kişisidir. Pensiyasını alıb müharibə vaxtı əsgərlərə azuqə daşıyan kasıb ahıl da Azərbaycan kişisidir. 

Bu və sadalanmayan başqa nüanslar Azərbaycanda kişilər gününü labüdləşdirir. Məğrur Azərbaycan qadınlarının ixtiyarında olsa, 44 günlük müharibənin hər bir günü kişilər bayramı kimi qeyd olunar. Əslində isə buna o qədər də ehtiyac yoxdur. Çünki 22 ildir ki, 19 noyabr Beynəlxalq Kişilər Günü kimi qeyd olunur. Sadəcə olaraq, 5-ci kolon təmsilçiləri 23 fevralı Azərbaycan xalqına unutdurmaq istəmir. Sadəcə, 2020-ci ilə qədər ana vətənin Qarabağ adında şalı, ürəyi düşmən işğalında olub. I Qarabağ müharibəsinin intiqamının alınmaması və s. faktlar qürurlu Azərbaycan kişisinin ağlına kişilər günü kimi təntənə gətirməyib.

Amma 2021-ci ildən, elə bu gündən bu tarixi qeyd etməyə, təbliğatına, az da olsa diqqət tələbinə haqqımız çatır.


Beynəlxalq Kişilər Gününün tarixi və məqsədi...

Hər il noyabrın 19-u Beynəlxalq Kişilər Günü kimi qeyd olunur. İlk olaraq 1999-cu ildə Trinidad və Tobaqo adasında (Karib dənizi adaları) yaranıb və Avstraliya, Karib (Qərayib) dənizi ölkələri, Şimali Amerika, Asiya, Avropa və Afrika ölkələrində də qeyd olunmağa başlanıb. Qadın və Sülh Mədəniyyəti komitəsinin direktoru olmuş İnqeborq Breyns “UNESCO”un adından bildirib ki, “Bu, çox gözəl ideyadır və gender balansını təmin etmiş olacaq”. O, əlavə edib ki, UNESCO təşkilatçılarla əməkdaşlıq etmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, Beynəlxalq Kişilər Gününün qeyd olunmasında məqsəd kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, gender bərabərliyinə yardım etmək və müsbət kişi rolu modelini vurğulamaqdır. 
 

Bu, kişilərə qarşı olan ayrı-seçkiliyi nəzər çatdırmaq və onların cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və naliyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. Təməl məqsəd isə insani dəyərləri önə çəkməkdir.


Müstəqilliyin bərpasına qədər kişilər günü kimi 23 fevral qeyd olunub. Lakin bu tarix Qızıl Ordunun və ya Sovet Hərbi Dəniz Donanmasının yaranması günüdür deyə Azərbaycan kişisinin bayramı hesab olunmur. Belə ki, məhz həmin ordu Azərbaycan dövlətinin, xalqın qadınlarının və kişilərinin də müstəqilliyini əlindən alıb. 

Bu səbəbdən də uzun illər Azərbaycanda bayram mövzusunda natarazlıq tüğyan edib. Amma zərif cinsin nümayəndələri qədər olmasa da, kişilər də diqqət və qayğıya ehtiyac duyur. 

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 6 - cı Maliyyə yardımının göstərilməsi müddəasının  6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması - bəndinə uyğun olaraq hazırlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tualet kağızına görə boşanmaq istəyən cütlük - TƏFƏRRÜAT

Tualet kağızına görə boşanmaq istəyən cütlük - TƏFƏRRÜAT

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

Erməni tərcüməçi dünyasını dəyişdi: Türkiyə ilə danışıqlarda iştirak edirmiş...

Erməni tərcüməçi dünyasını dəyişdi: Türkiyə ilə danışıqlarda iştirak edirmiş...

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Bosfor boğazında MANEƏ: gəmilərin hərəkəti dayandırıldı

Bosfor boğazında MANEƏ: gəmilərin hərəkəti dayandırıldı

Sabahdan dəfnə yarpağı yandırın: həyatınız dəyişəcək

Sabahdan dəfnə yarpağı yandırın: həyatınız dəyişəcək

“Arsenal” Arteta ilə danışıqlara başladı

“Arsenal” Arteta ilə danışıqlara başladı

Rəsmi Bakıdan Parisə CAVAB: İddiaları qətiyyətlə rədd edirik

Rəsmi Bakıdan Parisə CAVAB: İddiaları qətiyyətlə rədd edirik

Netanyahu: Trampla hər gün danışıram...

Netanyahu: Trampla hər gün danışıram...

Sarkozi elektron qolbaqdan da AZAD EDİLDİ

Sarkozi elektron qolbaqdan da AZAD EDİLDİ

“Liverpul”un qapıçısı “Yuventus”a keçir

“Liverpul”un qapıçısı “Yuventus”a keçir

End of content

No more pages to load

RADİO