Avstriya Milli Şurası keçmiş kansler və Avstriya Xalq Partiyasının lideri Sebastyan Kurtsun deputat toxunulmazlığını ləğv edib.
Bizim.Media xəbər verir ki, Kurtsun özü araşdırmann başa çatması üçün bu qərarı dəstəkləyib.
Qeyd edək ki, oktyabrın 9-da Avstriyanın Federal Kansleri Sebastyan Kurts vəzifəsindən getdiyini açıqlayıb.
Kurts bildirib ki, Korrupsiya ilə Mübarizə üzrə Prokurorluğunun araşdırması fonunda vəzifəsindən istefa verib. (Axar.az)
Bizim.Media