Meksikanın Verakruz əyalətinin Alvarado şəhərində toplu məzar aşkarlanıb.
Bizim.Media xəbər verir ki, məzardan 65 cəsəd çıxarılıb.
Onların 2011-2012-ci illərdə silahlı dəstələr arasında baş verən qarşıdurmalar nəticəsində öldürüldüyü təxmin edilir.
Meksika Axtarış Komissiyasının hesabatına görə, ölkədə 94500 nəfər itkin düşüb.
Bu şəxslərin çoxunun Verakruz, Sinaloa, Kolima, Qerrero və Sonora ştatlarındakı toplu məzarlıqlarda basdırıldığı ehtimal edilir.
Oral Mədənçi, Bizim.Media